AZ

"Bizimkilər heç olmasa paylaşırlar, Rusiyada yaşayan azərbaycanlılar isə..."

Rəqqasə Rəna Ağamuradova (Renka) Rusiyada yaşayan azərbaycanlı məşhurlardan şikayət edib. 

O, Rusiyada yaşayan azərbaycanlıların Aktauda qəzaya uğrayan AZAL-la bağlı heç bir paylaşım etmədiklərini vurğulayıb. Renka bununla bağlı bunları yazıb:

"Hamı bir-birini qınayır, nəsə deyir. Bizimkilər heç olmasa paylaşırlar. Bir məqama fikir verdim: Rusiyada yaşayan həmvətənlərimizə, müğənnilərimizə baxdım heç kim heç nə paylaşmayıb. Ona görə də izləmədən çıxartdım. Hamısı gözümdən düşdü". (Axşam.az)

Seçilən
14
2
musavat.com

3Mənbələr