AZ

Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya

Rusiya tərəfi iddia edir ki, Qroznıya enə bilməyən AZAL-ın təyyarə komandirinə başqa hava limanlarına enmək təklif olunub. Bunu Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrovun Aktau vilayətində Embraer təyyarəsinin qəzaya uğraması ilə bağlı açıqlamasında deyib. 
 

"Aktau yaxınlığında "Embraer” təyyarəsinin qəzaya uğraması ilə əlaqədar Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına bu faciənin araşdırılmasında əməkdaşlığa tam və hərtərəfli hazır olduğunu dərhal bildirib. Hadisənin bütün hallarını diqqətlə və tam şəkildə yoxlamaq lazımdır. Həmin gün və həmin saatlarda Qroznı aeroportu ərazisində vəziyyət çox ağır idi. Bu zaman Ukraynanın döyüş pilotsuz təyyarələri Qroznı və Vladiqafqaz şəhərlərində mülki infrastruktura terror hücumları həyata keçirib. Bununla əlaqədar olaraq Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan ərazidən dərhal yola salınmasını nəzərdə tutan "Xalça” rejimi tətbiq edilib. Qroznı hava limanı ərazisində sıx duman olub. 500 metr hündürlükdə isə heç bir görüntü yox idi. Təyyarə komandiri təyyarəni Qroznıya endirmək üçün iki cəhd etdi, lakin uğursuz oldu. Komandirə başqa hava limanları təklif olunub. O, Aktau hava limanına getmək qərarına gəlib", - o bildirib. 

Aytac 
www.anews.az
Seçilən
12
1
anews.az

2Mənbələr