AZ

Qabil Hüseybli: Bu bəşəriyyətin tarixində edilmiş ağır cinayətlərdən biridir...

Belə görünür ki, Rusiya Qroznı yaxınlığında Azərbaycan təyyarəsinin havadan müdafiə sistemi ilə vurulmasını etiraf etmək istəmir...

Politoloq: “Rusiya cinayətin üstünü ört-basdır etmək üçün çox yollara əl atır”.

“Bu cinayətin izini itirmək üçün təyyarənin nə Qroznıya, nə Minvoda, nə də Mahaçqalaya enməsinə şərait yaratmayıblar”.

Bu sözləri politoloq Qabil Hüseynli Rusiyanın Qroznı yaxınlığında Azərbaycan təyyarəsinin vurulmasına göstərdiyi münasibəti Poliqon-a şərh edərkən qeyd edib.

Ortalıqda açıq sübutların olmasına baxmayaraq, belə görünür ki, Rusiya Qroznı yaxınlığında Azərbaycan təyyarəsinin havadan müdafiə sistemi ilə vurulmasını etiraf etmək istəmir.

Bu fonda Rusiyanın davranışlarını, xüsusən də təyyarənin yaxınlıqdakı hava limanlarından birinə enməsinə icazə verməməsini və faktiki olaraq sərnişinləri ölümə məhkum etməsini necə dəyərləndirmək olar?

Mövzunu Poliqon-un əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Azərbaycan təyyarəsinin raket sistemi ilə vurulması açıq-aşkar sübut olunub”.

Dünən iclas keçirən Rusiya prezidenti Vladimir Putinin deyib-gülürdüyünü, zarafatlaşdığını xatlrladan politoloq Poliqon-a bildirib ki, Putin bir dəfə də olsa, təyyarə qəzasını xatırlamadı və Azərbaycan xalqına başsağlığı vermədi:

“Bu bəşəriyyətin tarixində edilmiş ağır cinayətlərdən biridir. Rusiya cinayətin üstünü ört-basdır etmək üçün çox yollara əl atır. Məsələn, Ramazan Kadirov guya Azərbaycan təyyarəsini vurduğuna görə qardaşı oğluna medal verir. Onlar başlarını itiriblər.

Azərbaycan təyyarəsinin raket sistemi ilə vurulması açıq-aşkar sübut olunub. Təyyarənin arxa hissəsindəki raket qəlpələri bunu sübut edir. Təyyarənin göydə edib-qalxması onu göstərir ki, raketlə vurulanda təyyarənin sol idarəetmə sistemi qopub və harasa düşüb.

Dünən iclas keçirən Rusiya prezidenti Vladimir Putin deyib-gülürdü, zarafatlaşırdı. Amma Putin bir dəfə də olsa təyyarə qəzasını xatırlamadı, Azərbaycan xalqına başsağlığı vermədi. Görünən odur ki, başa bəla Kadırov təyyarə cinayətinin əsas iştirakçısıdır və Rusiya öz satalletini qorumaq üçün hər şeyə əl atacaq..

Bu cinayətin izini itirmək üçün təyyarənin nə Qroznıya, nə Minvoda, nə də Mahaçqalaya enməsinə şərait yaratmayıblar. Onlar düşünürlər ki, təyyarəyə endirilən zərbələrə görə təyyarə Xəzər dənizinə düşəcək və sübutlar da bununla ortadan qalxacaq. Beləliklə də, cinayəti sübüt etmək mümkün olmayacaq. Ancaq pilotlar sayəsində bu belə olmadı və təyyarənin vurulması açıq bəlli oldu. Düşünürəm ki, bundan sonra Rusiya hər şeyi inkar etməklə məsələni bitmiş hesab edəcək”.

Nərminə UMUDLU
Poliqon.info

Seçilən
26
1
poliqon.info

2Mənbələr