AZ

“Rosaviasiya”dan vurulan Azəbaycan təyyarəsi ilə bağlı İDDİA

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) rəhbəri Dmitri Yadrov Azərbaycan təyyarəsinin Qazaxıstanda qəza enişi etməsinə münasibət bildirib.

Qeyd edək ki, mətbuat təyyarənin Rusiya ordusuna məxsus "Pantsir-S1" hava hücumundan müdafiə sistemi ilə vurulduğunu bildirib.

Modern.az-ın məlumatına görə, Yadrov qurumun teleqram kanalında bildirib ki, təyyarənin gəlişi zamanı Qroznı yaxınlığında vəziyyət çətin olub.

"Ukrayna pilotsuz təyyarələrinin hücumları səbəbindən “Xalça” planı tətbiq edilib, üstəlik, hava limanında sıx duman olub. 500 metr hündürlükdə isə heç bir görüntü olmayıb. Hava gəmisinin kapitanı təyyarəni endirmək üçün iki uğursuz cəhd edib. Ona başqa hava limanları təklif olunub, lakin özü Aktauya getməyə qərar verib", - o iddia edib.

Yadrov qeyd edib ki, Rusiya AZAL-ın təyyarə qəzasının araşdırılmasında Qazaxıstan və Azərbaycana hərtərəfli dəstək verəcək.

AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəza enişi edib. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin araşdırmaların nəticələrinə əsasən, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən "Azərbaycan Hava Yolları"nın təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın "Pantsir-S" hava hücumundan müdafiə (HHM) sistemi tərəfindən hücuma məruz qalıb.

"Caliber" yazıb ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

"Qeyd edək ki, Rusiya mənbələrinə görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiya HHM-i Ukrayna PUA-larını vurmağa çalışıb. Belə ki, Çeçenistan Respublikası Təhlükəsizlik Şurasının sədri Həmzət Kadırov dekabrın 25-i səhər saatlarında Qroznıya pilotsuz təyyarələrlə hücum faktını təsdiqləyib və xəsarət alanların, həmçinin dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamalı idi, lakin bu edilməyib".

Seçilən
20
50
modern.az

10Mənbələr