1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Qəzadan sonra onunla 29 saniyə danışmışam".
Oxu.Az "Müsavat TV"ə istinadla xəbər verir ki, bunu AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olmuş pilot İqor Kşnyakinin 35 illik dostu deyib.
"Həftənin birinci günü onunla görüşmüşdük. Qəzadan sonra isə saat 12:29-da onunla 29 saniyə danışdım. Dedi ki vəziyyətim çox pisdir. Başqa heç nə demədi", - deyə o qeyd edib.
Xatırladaq ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.