AZ

Rusiyadan təyyarə qəzası ilə bağlı ETİRAF

AZAL şirkətinin Bakıdan Qroznıya uçan "Embraer" təyyarəsi tətbiq edilən “Xalça” planına görə Rusiya şəhərinin hava limanına enə bilməyib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov açıqlayıb. 

"Həmin gün və həmin saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çox çətin idi. Qroznı hava limanının ərazisində bütün təyyarələrin qeyd olunan məkandan dərhal yola salınması üçün “Xalça” rejimi tətbiq edilib", - deyə o qeyd edib.

Yadrov həmin gün həmçinin sıx duman olduğunu, 500 metr yüksəklikdə görünmənin olmadığını bildirib: "Komandir təyyarəni Qroznıya endirmək üçün iki cəhd etdi, lakin uğursuz oldu, komandirə başqa hava limanları təklif edildi, o, Aktau hava limanına getməyə qərar verdi". 

Onun sözlərinə görə, sərnişin təyyarəsinin qəzaya uğramasından sonra Rusiya tərəfi qazaxıstanlı və azərbaycanlı həmkarlarına faciənin araşdırılmasında əməkdaşlığa hazır olduqları barədə dərhal məlumat verib.

Ağarza Elçinoğlu 

Seçilən
28
50
unikal.az

10Mənbələr