AZ

Rusiya təyyarə qəzası ilə bağlı açıqlama yaydı: “Xalça planını işə salmışdıq..."

Təyyarənin qəzaya uğradığı saatlarda Qroznı hava limanı ərazisində vəziyyət çətin olub. 

Ajans.az xəbər verir ki, bunu Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəhbəri Dmitri Yadrov deyib. Orada təyyarələrin göstərilən ərazidən dərhal çıxarılmasını nəzərdə tutan “Xalça” planı qüvvədə idi. Bundan əlavə, o zaman sıx duman var idi, buna görə 500 metr yüksəklikdə görünmə qabiliyyəti yox idi.

Qeyd edək ki, Azərbaycanın AZAL aviaşirkətinə məxsus təyyarə Bakıdan Qroznıya gedərkən Qazaxıstanın Aktau şəhərində qəzaya uğrayıb. Təyyarədə 16-sı Rusiya vətəndaşı olmaqla 67 nəfər olub. 38 nəfər həlak olub. Eyni zamanda hadisə yerində artıq iki qara qutu tapılıb.

Seçilən
48
Ajans.az

1Mənbələr