Bakı. Trend:
AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədə məlumatRusiyadan verilib.
Trend xəbərverir ki, bu barədə Qazaxıstanın Nəqliyyat Nazirliyi məlumatyayıb.
"AZAL-ın təyyarəsində oksigen balonunun partlaması barədəməlumat 10.53-də Rostovdan uçuş rəhbərindən daxil olub. Belə ki,Rostovun uçuş rəhbəri Aktau qülləsinin uçuş rəhbərinə əlavə məlumatverib ki, təyyarənin sərnişin salonunda oksigen balonu partlayıb,sərnişinlər huşlarını itiriblər və gələn kimi reanimasiya tələbedilir. Bu məlumat əsasında bütün xilasetmə xidmətlərinə operativməlumat verilib. Brifinqdə uçuş rəhbəri Rostovun məlumatlarıəsasında hadisələrin xronologiyası açıqlanıb", - Nazirlikdənbildirilib.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.