Aktau yaxınlığında qəzaya uğramış AZAL-a məxsus təyyarəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.
Yenisabah.az xəbər verir ki, təyyarənin bələdçisi Aydan Rəhimli qəza anı və ondan əvvəl baş verənlərlə bağlı “Xəzər Xəbər”ə danışıb.
O, həmin anları belə xatırlayır:
“Birinci zərbədən sonra oksigen maskaları düşdü və nə baş verdiyinə baxmaq üçün salona getdik. Həmin anda ikinci zərbə baş verdi və təyyarə işçisi Zülfüqar bəy yaralandı. Sol qolu yaralı idi. Çalışdım kömək edim. İlkin yardım göstərdim.
Oksigen maskalarını taxdıq. Hökümə xanım mənə zəng edirdi və biz onunla daima danışırdıq. 2 dəqiqə sonra zənglər kəsildi və təyyarə enməyə başladı.
Oksigen balonu partlamamışdı. Bu, doğru məlumat deyil. Oksigen balonu partlasaydı, bəlkə heç sağ olmazdıq. Gözümü açanda soruşdum ki, haradayıq? Dedilər ki, Aktauda”.
Telegram kanalımız