Aviaqəzada xəsarət alanlardan birinin sabah əməliyyatı planlaşdırılır.
Modern.az-ın məlumatına görə, bunu Yeni Klinikanın baş həkimi Eldar Əhmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, xəstələrdən birinə baldır sümüyünündə açıq qəlpəli sınıq dioqnozu qoyulub:
"Həmin xəstə osteosintez əməlliyyatına alınacaq"
Xatırladaq ki, Yeni Klinikaya gətirilmiş 14 xəstədən 13-ü palata şəraitində, biri isə reanimasiyada müalicə alır.