AZ

Bələdçinin qızı: Partlayışı görəndən sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər

Təyyarənin qəzaya düşərək partlamasını görüntülərdə izlədikdən sonra inanmırdım ki, atam o qəzadan sağ çıxa bilər...

Bunu “Report”a açıqlamasında qəzadan sağ çıxan bələdçi Zülfüqar Əsədovun qızı Könül Əsədova deyib.

O, atasının 37 ildir təyyarədə bələdçi kimi çalışdığını bildirib:

“Biz evdə iki övladıq. Atam həmişə işə gedəndə mən həyəcan keçirirdim. Özüm müəlliməyəm, hadisə baş verən günü də işdə idim. Qəza səhər saatlarında olsa da, işdə olanda günorta saatlarında xəbərini aldım. Yoldaşım zəng edərək icazə alıb evə gəlməyimi dedi. Dedi ki, atanın olduğu təyyarə qəzaya uğrayıb, narahat olma, sağdır. O an çox çətin idi, inana bilmirdim ki, atam sağdır. Atamın səsini eşitdim, dedim yəqin robotdur mənimlə danışır. Çünki o partlayışdan sonra inanmırdım ki, atam qəzadan sağ çıxa bilər".

K.Əsədova əlavə edib ki, Z.Əsədovun vəziyyəti getdikcə yaxşılaşır:

“Əməliyyat olunub, bir az ağrıları var. Ötən gün çox qısa müddətə onunla görüşdük. Səhhəti getdikcə yaxşılaşır. Yəqin ki, yaxın günlərdə evə buraxılacaq”.

Poliqon.info

Seçilən
60
5
poliqon.info

6Mənbələr