Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “flydubai” aviaşirkətiRusiyanın 2 şəhərinə uçuşları dayandırıb.
Trend xəbər verir ki, bubarədə Rusiya Tur Operatorları Assosiasiyası (RTA) məlumatyayıb.
"“flydubai” aviaşirkəti fors-major halları və uçuşlarıntəhlükəsizliyinə yaranan təhdidləri əsas gətirərək, 28 dekabr2024-cü ildən 5 yanvar 2025-ci il tarixinədək Soçi və MineralnıyeVodı şəhərlərindən Dubaya olan uçuşları müvəqqəti olaraqdayandırıb. Bu qərar 4 mindən çox sərnişinə təsir edir ki, onların90 faizi tur operatorlarının müştəriləridir.
Hazırda tur operatorları “flydubai” aviaşirkətinin Soçi vəMineralnıye Vodı istiqamətində ləğv etdiyi uçuşlarla bağlı problemioperativ şəkildə həll etməyə çalışırlar", - RTA-nın açıqlamasındabildirilir.
Bundan əlavə, bu gün Qazaxıstanın “QAZAQ AIR” aviaşirkəti dətəhlükəsizlik səbəblərinə görə Yekaterinburqa olan uçuşlarıdayandırıb.
Qeyd edək ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.