AZ

Təyyarə qəzasının qurbanlarına milli hüzn- cəmiyyətimizin mənəvi güc göstəricisi...

Image

Xəbər verildiyi kimi, Bakı-Qroznı marşrutu üzrə uçan "Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 km məsafədə qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub. Son məlumata görə, qəza nəticəsində 26 vətəndaşımız həyatını itirib, 16 Azərbaycan vətəndaşı isə sağ qalıb.

"Embraer 190" sərnişin təyyarəsinin Aktaunun hava limanında qəzaya uğraması bütün ölkəni sarsıdıb. Yaşından, vəzifəsindən asılı olmayaraq hər kəs təyyarə qəzasında həlak olanlara üzülür, onların xatirəsi hörmətlə anılır. Ölənlərin ruhuna çox yerlərdə fatihələr oxunur, ehsanlar verilir, məscidlərdə təziyə tutulur, şirniyyat paylanılır və sair. 

“Azərbaycan Hava Yolları" şirkətinə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması nəticəsində insanların həlak olması xəbəri hər birimizi sarsıtdı. Bu, son illərin ən faciəli hadisələrindən biridir, onlarla insan, o cümlədən uşaqlar həlak olub. Bu hadisə ilə bağlı  26 dekabr ölkədə matəm günü elan edildi. Bütün əyləncələr, şənliklər təxirə salındı. Yeni illə bağlı quraşdırılan bəzəkli yolka ağacları sökülüb, sökülür. Məktəblərdə, bağçalarda yeni il şənlikləri keçirilməyəcək, təxirə salınıb. Bu ondan xəbər verir ki, insanlarımız  yaxşı və pis gündə bir olur, insanların dərdini öz dərdləri bilir, acı çəkirlər. Bu gün insanlarımızı sarsıdan məqamlardan biri də bələdçi Hökümə Əliyevanın “hər şey yaxşı olacaq” ifadəsidir. Həmin təyyarənin peşəkar pilotları və heyət  isə  sərnişinlərə səbrli olmağı, kəmərləri möhkəm bağlamağı tövsiyə edirdi. Bələdçi səsi titrəyə-titrəyə "hər şey yaxşı olacaq" ifadəsini deyirdi. O, ölümə getdiyini bildiyi halda sərnişinlərin qayğısına qalır, onlara sakit qalmağı tövsiyə edirdi. Zərif bir xanımın titrək səsi sərnişinlər üçün ümid yeri oldu. O bilirdi ki, sağ qalmaq şansı azdır, lakin qorxuya təslim olmadı. Bununla yanaşı, həlak olan 13 yaşlı Məhəmmədəli Eqanovun qəza anında tək olması, ana və ya ataya sığına bilməməsi də insanları sarsıtdı. Bu hadisə birlik olduğumuzu bir daha nümayiş etdirdi. Yaşından, kimliyindən asılı olmayaraq hər kəs təyyarə qəzası acısını ürəyində çəkir, kimisi məscidlərdə ehsan verir, kimisi Quran oxutdurur, hər kəs dua edir. Tarixən xalqımız öz birlik və bərabərliyi sayəsində bütün çətin günlərdən alnıaçıq çıxıb. Allah bir daha xalqımıza belə faciələr yaşatmasın...

Günel CƏLİLOVA





Seçilən
17
baki-xeber.com

1Mənbələr