Dünyanın ən xəsis adamı vəfat edib.
Yenisabah.az xəbər verir ki, məşhur iş insanı, Yaponiyanın və avtomobil sənayesinin əfsanəvi adı Osamu Suzuki dünyasını dəyişib.
Şirkətdən verilən açıqlamada iş adamının dekabrın 25-də lenfoma xəstəliyindən dünyasını dəyişdiyi bildirilib.
Əsl adı Osamu Matsuda olan iş adamı işlədiyi müddətdə Şimali Amerika və Avropada avtomobil satışı üçün General Motors və Volkswagen şirkətləri ilə əməkdaşlıqlar qurub. O, Hindistanda öz şirkəti üçün üstünlük təşkil edən bazar payına nail olmağı bacarıb. 1978-ci ildən şirkət prezidenti, sədr və baş direktor vəzifələrində çalışan Suzuki 2021-ci ilin iyununda təqaüdə çıxıb və məsləhətçi kimi vəzifəsini davam etdirib. Onun 94 yaşı var idi.
Aytac Şahin
Telegram kanalımız