Bunu Olaylar.az-a açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
"Rusiya dövlət olaraq bu hadisəyə görə məsuliyyət daşıyır. Əlbəttə, biz Rusiyanı birbaşa bu cinayətin təşkilatçısı qismində ittiham etmək fikrində deyilik. Amma ən azı Azərbaycan təyyarəsinin uçuş zamanı təhlükəsizliyini təmin etmək öhdəliyi altında olmaq baxımından Rusiyanın məsuliyyəti var. Çünki Rusiya Beynəlxalq Aviasiya Təşkilatının üzvü olaraq, beynəlxalq aviasiya qanunvericiliyinin məsuliyyət daşıyan subyektivi olaraq öz ərazisində bütün uçuşların təhlükəsizliyinə təminat verməlidir, o cümlədən də Azərbaycan təyyarəsinin. Amma çox təəssüflər olsun ki, ərazidə təhlükəli vəziyyət olmağı ilə bağlı öncədən heç bir xəbərdarlıq olunmayıb. Azərbaycan təyyarəsi faktiki olaraq uçuş üçün təhlükəli bir zonaya daxil edilib. Bunun qarşısını almaq Rusiyanın borcu idi. Amma təəssüf ki, bu hadisə baş verib və buna görə də Rusiya, birbaşa Rusiyanın siyasi hakimiyyəti bu cinayətin təşkiatçısı olmasa da, amma ortada cinayət hadisəsi var və bu cinayətə görə konkret məsuliyyət daşıyan Rusiya məmurları var. Rusiya sona qədər bu hadisənin araşdırılmasında maraqlı olmalıdır. Azərbaycan ictimaiyyəti bu cinayətin təşkilatçıları ilə bağlı, səbəbkarları ilə bağlı dəqiq məlumat istəyir və eyni zamanda, Azərbaycan ictimaiyyəti baş vermiş bu hadisəyə görə Rusiyadan Azərbaycanın qarşısında rəsmi üzrxahlıq gözləyir. Bu, həm Rusiyanın borcudur, bir dövlət olaraq, həm də fəlakət yaşamış faciə qurbanlarının ailəsi qarşısında bir mənəvi borcdur, insanlıq, humanist addımdır. Buna görə də Rusiyadan izah gözlənilir və Azərbaycan xalqından üzrxahlıq gözlənilir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31