AZ

Mateuş Koxalski: "Qurban Qurbanov kimi xarakterli baş məşqçiyə rast gəlməmişəm"

"Qarabağ”ın qapıçısı Mateuş Koxalski Polşa mətbuatına müsahibəsində baş məşqçisi Qurban Qurbanov haqda danışıb.

"Operativ Media" xəbər verir ki, 24 yaşlı futbolçu “Przegląd Sportowy One” nəşrinin suallarını cavablandırıb:

- Şayiələrə görə, "Qarabağ"ın futbolçularından birinin "Çelsi"yə 0:6 hesablı məğlubiyyətdən sonra David Luis ilə şəkil çəkdirməsi Qurban Qurbanovu qəzəbləndirmişdi. Bəs sizin matçlarınızdan xatirə əşyalarınız qalıb?

- Təəssüf ki, xeyr. Məğlubiyyətlərdən sonra bunun üçün əhvalım olmur. Halbuki "Ayaks"ın qapıçısı Pasverin futbolkasını almaq mənim üçün vacib olardı.

- "Qarabağ" bu mövsüm Avropa Liqasında təkcə "Budo Qlimt"ə qalib gəlib (2:1). Qurbanov məğlubiyyətlərə necə reaksiya verir? Bilirik ki, əvvəllər rəqiblərin səviyyəsindən asılı olmayaraq, həmişə komandasından qələbə gözləyirdi.

- O, oyunların fasiləsində qıcıqlanırdı. Amma məğlubiyyətlərdən sonra onun qışqırmamasına təəccübləndim. Mümkün 18 xaldan cəmi 3-nü toplamışıq və pley-offa yüksəlməyimizə yalnız möcüzə kömək edə bilər. Təbii ki, buna inanacağam, çünki irəlidə hələ iki matçımız var. Fikir vemrişəm ki, "Qarabağ"da rəqibin səviyyəsindən asılı olmayaraq, taktika oxşar qalır. Sadəcə müdafiə olunaraq deyil, yüksək pressinqlə və hücum edərək oynamağa çalışırıq. Sözlərim kimdəsə gülüş yarada bilər, amma buraxılan qola qədər istənilən rəqibə qarşı yaxşı çıxış etdik. "Tottenhem"lə görüşdə buraxılan qollar zamanı komandama kömək edə bilməsəm də, qaçırdığımız penalti olmaqla real imkanlarımız oldu.

- Qurbanovu baş məşqçi kimi necə dəyərləndirirsiniz? Yəqin ki, qeyri-adi, hətta spesifik mütəxəssidir?

- Mən heç vaxt belə xarakterli məşqçiyə rast gəlməmişəm. O, ciddi bir şey olmadığı halda oyunçularla çox danışmır. Onunla işləməkdən zövq alıram, yanaşması təsiredicidir. Baş məşqçimiz hər matçda öz səviyyəmizə uyğun oynamağımızı istəyir. "Qarabağ"ın ötən mövsüm Avropa Liqasının 1/8 finalına yüksəlməsi və yalnız "Bayer Leverkuzen"ə gərgin mübarizədə (2:2, 2:3) uduzması da bunu təsdiqlədi. İndi azarkeşlərdən mesajlar alıram. Onlar narahat olmamağımı və "Qarabağ"ın Avropada həmişə belə uğursuz oynadığını düşünməməyimi xahiş edirəm. Deyirlər ki, bu, sadəcə bir zəif mövsümdür. Mən bunu çox gözəl başa düşürəm, çünki futbolçularımızın hansı səviyyədə olduğunu görürəm. Ümumiləşdirsək, məşqçi Qurbanovun müstəsna insan olduğunu deyə bilərəm. O, başqa klublarda uğurla işləyə bilərdi, amma burada rolu əsasdır.

Seçilən
67
operativmedia.az

1Mənbələr