AZ

Bələdçi: "Qroznıdan çıxan kimi təyyarəni çöldən zərbə tutdu"

Məqalə barədə məlumatMüəllif, İlkin HəsənovVəzifə, BBC News Azərbaycanca

"Qroznıdan çıxan kimi təyyarəni çöldən müdaxilə olunan zərbə tutdu. Zərbənin təsirindən içəridə səs-küy yarandı. Onları sakitləşdirməyə, otuzdurmağa çalışırdıq. Bu məqamda bir dənə də zərbə oldu, zərbədə mənim qolum yaralandı"

Dekabrın 25-də AZAL-ın Aktauda qəzaya uğayan sərnişin təyyarəsinin bələdçisi Zülfüqar Əsədov deyib ki, o, tez qolunu sarıyıb ki, çox qan itirməsin.

O, hazırda Bakıda xəstəxanada müalicə alır. Təyyarə qəzasında yaralanan Azərbaycan vətəndaşlarının çoxu dekabrın 26-da Bakıya gətirlib.

Videoya YouTube kanalımızda baxın.

Zülfüqar Əsədov deyib ki¸dekabrın 25-də səhər 8-də Bakıdan Qroznıya uçublar. Amma təyyarə dumana görə, 3 dəfə cəhd göstərsə də eniş edə biməyib¸ bu zaman təyyarə geri qayıtmaq istəyəndə zərbələrə tuş gəlib.

"Oturdum qıza dedim çıxmasın. Üçüncü zərbə baş verdir. Biz arxaya gələndə üçüncü zərbə baş verdir. Qıza dedim qəti salona çıxma, camaat öz yerində oturub. Normal gedirik sonra o zərbələrdən sonra hiss olundu ki, təyyarədə hansısa nasazlıq əmələ gəldi, silkələnmə verdi.

Onun sözlərinə görə, silkələnən təyyarənin komandiri başqa yerə enmək üçün uçuşu davam etdirib.

Əvvəl suya enmək barədə düşünülsə də, sonradan pilotlar quruya eniş etməyə qərar veriblər.

Qazaxıstanın Aktau hava limanı yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i ölüb, 29-u yaralanıb.

Azərbaycanda hakimiyyət mənbələri təyyarənin Rusiya tərəfində vurulmasını iddia ediblər. Rusiya belə iddialarla bağlı xəbərdarlıq edib.

Qəzanın rəsmi olaraq baş vermə səbəbləri hələlik bəlli deyil.

AZAL Rusiyanın beş şəhərinə dekabrın 28-dən bütün uçuşları dayandırıb. AZAL bildirib ki, bu qərara səbəb ona məxsus təyyarənin "fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğraması ilə bağlı aparılan araşdırmaların ilkin nəticələr və uçuşların təhlükəsizliyində yarana biləcək risklərdir.

Seçilən
60
bbc.com

1Mənbələr