Dekabrın 25-də AZAL-ın təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərkən Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğramasından sonra cənab Prezidenti rəhbərliyi altında dövlət və hakimiyyət orqanlarının fəaliyyəti bir daha ölkəmizdə millətimizin maraqlarını təmin edən dəqiq idarəçilik mexanizminin olduğunu nümayiş etdirdi.
Bunu açıqlamasında deputat Cavanşir Feyziyev deyib.
Deputat bildirib ki, təyyarə qəzası barədə xəbəri eşidən kimi Rusiyaya səfərini dərhal təxirə salaraq Vətənə dönən cənab Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Hava Limanında müşavirə keçirdi və onun tapşırığı ilə dərhal dövlət komissiyası yaratdı və hər bir kəsin vəzifələri müəyyənləşdirildi: “Cənab Prezidentin tapşırığı ilə Azərbaycan nümayəndə heyəti vəziyyəti yerində araşdırmaq v tanış olmaq üçün dərhal qəzanın baş veriyi Qazaxıstanın Aktau şəhərinə göndərildi. Möhtərəm Prezident müşavirədə bəyan etdi ki, qəzanın səbəbləri bizə bəlli deyil, müxtəlif versiyalar var və məsələ tam araşdırılmalıdır. “Komissiyanın işi məsələni tam araşdırmaqdır, qəzanın səbəblərini və bütün təfərrüatlarını araşdırıb həm mənə, həm də Azərbaycan ictimaiyyətinə məlumat verməlidir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq tərəfindən cinayət işi açılmışdır və təbii olaraq, Azərbaycan ictimaiyyəti həm komissiyanın işinin nəticələri, həm də cinayət işinin gedişatı ilə bağlı müntəzəm olaraq məlumatlandırılacaq”, – cənab Prezident bildirdi.
Qəzada həlak olanlarla bağlı dekabrın 26-nı matəm günü elan etməsi, qəzadan sağ çıxanlara xəstəxanada baş çəkilməsi, yardımlar edilməsi, Qazaxıstanla sıx koordinasiya olunmuş fəaliyyətin göstərilməsi, lazımi zəruri addımların atılması məqsədi ilə operativ şəkildə araşdırılması üçün təcili birgə komissiyaların yaradılması, qəzaya düşən şəxslərin ailələri ilə əlaqə saxlanılması, dünyasını dəyişən və yaralılara kompensasiyaların verilməsi, onların ölkəyə gətirilməsi, hadisənin baş vermə səbəblərini araşdırması və s. ölkə başçısının heyrətamiz iş üslubunu, dövlətimizin başında xalqının bütün problemlərini həll etməyə qadir güclü, bacarıqlı, peşəkar rəhbər olmaqla yanaşı, böhranlı vəziyyətlərdən çıxış yolu tapmağı bacaran xilaskar lider olduğunu bir daha sübuta yetirdi. Cənab Prezidentin rəhbərliyi altında dövlət hakimiyyət orqanlarımızın örnək ola biləcək fəaliyyətləri ölkəmizdə millətimizin maraqlarını təmin edən dəqiq idarəçilik mexanizminin olduğunu bir daha sübut etdi.
Xalq bir daha taleyinin əmin əllərdə olduğuna inandı. Bu səbəbdən də onun ətrafında sıx birləşərək hadisədə öz korporativ maraqları üçün faydalanmağa çalışanlara fürsət vermədi.
Məhz ölkə başçısının yürütdüyü düzgün siyasətin nəticəsi idi ki, siyasi mövqeyindən asılı olmayaraq ölkədə fəaliyyət göstərən onlarla müxtəlif siyasi partiyalar təyyarə qəzası ilə bağlı birgə bəyanat yaydı. Siyasi baxışlarının fərqli olmasına baxmayaraq onların xalqımızın acı günlərdə ölkə başçısının ətrafında sıx birləşərək dövlətimizin və millətimizin yanında olduğunu nümayiş etdirdilər. Bu cənab Prezident İlham Əliyevə olan etimadın nümayişi idi.
Amma bütün bunlara baxmayaraq, bəziləri millətimizin faciəsindən özlərinin siyasi məqsədləri naminə möhtəkirlik cəhdi etməyə çalışdılar. lakin onların bu utancverici hərəkəti xalq tərəfindən dəstəklənmədi. Əksinə, bu hərəkətləri ilə bu cür iyrənc hərəkətləri ilə özlərini ifşa etmiş oldular. Onlar gördülər ki, bu cəmiyyətdə onlara yer yoxdur. Çünki xalq öz taleyini inandığı cənab İlham Əliyevə etibar edib və bilirlər ki, onları üzləşdiyi bütün bəlalardan xilas edə biləcək bir lider varsa, o da cənab Prezidentdir. Xalq onu da gözəl bilir ki, ölkə başçısı indiyədək səhv etməyib və millətimizdən heç bir şeyi gizlətməyib, gizlətmir də…
Digər bir məqam isə ondan ibarətdir ki, xalq heç bir dövlətin təyyarə qəzalarından sığortalanmadığını yaxşı dərk edir və buna görə də ölkə başçısının ətrafında sıx birləşib komissiyanın açıqlayacağı nəticəni gözləyir. Çünki baş verən qəza dünyada nə birinci, nə də sonuncu deyil. Əsas məsələ odur ki, xalq lideri olan cənab Prezident İlham Əliyevə inanır və onun rəhbərliyi altında qəzanın səbəbləri araşdırılaraq cəmiyyətə çatdırılacağına əmindir”.