AZ

Bo Svensson “Union Berlin”dən qovuldu

“Union Berlin” komandasının baş məşqçisi Bo Svensson Almaniya klubunun rəhbərliyi tərəfindən istefaya göndərilib.

Arena.az bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytına istinadən məlumat verir:

“Mövsümün hərtərəfli təhlilindən sonra biz belə qənaətə gəldik ki, dəbi geri qaytarmaq üçün əhəmiyyətli dəyişikliklərə ehtiyacımız var. Buna görə də Bo Svensson, Babak Keyhanfar, Kristoffer Vixman və Tican Nci ilə əməkdaşlığı davam etdirməmək qərarına gəldik. Biz Bo Svensson və onun komandasına gördükləri işlərə görə təşəkkür etmək və onlara gələcək üçün ən yaxşısını arzulamaq istərdik”, deyə “Union Berlin” klubunun idarəedici direktoru Horst Heldt bildirib.

Vurğulanır ki, 2025-ci il yanvarın 2-dən komanda ilə kimin çalışacağına yaxın bir neçə gün ərzində qərar veriləcək.

Xatırladaq ki, Bo Svensson “Union Berlin”in sükanı arxasına 2024-cü ilin avqustunda gətirilmişdi. Svenssonun rəhbərliyi altında “Union Berlin” 17 oyuna çıxıb, 5 qələbə, 5 heç-heçə, 7 məğlubiyyət yaşayıb. Topların fərqi isə 15:21 nisbətindədir.

45 yaşlı mütəxəssis daha əvvəl “Liferinq” və “Maynts”ı çalışdırıb.

Bo Svenssondan “miras” qalmış “Union Berlin” Almaniya Bundesliqasının 15 oyunundan 17 xalla yarış cədvəlinin 12-ci pilləsində qərarlaşıb.

Seçilən
94
arena.az

1Mənbələr