Xaçmaz şəhərində yerləşən "İstisu" adlanan hamamda bədbəxt hadisə baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Xaçmaz sakini, 76 yaşlı Aleksandroviç Vladimir Yakuşun hamamda meyiti tapılıb.
Rus əsilli vətəndaşın meyiti Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə aparılıb.
Yaşlı sakinin ölüm səbəbi hələlik məlum deyil.
Xaçmaz rayon prokurorluğu faktla bağlı araşdırmaya başlayıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta