AZ

Nə baş verib ki, mülki təyyarəyə atəş açılıb?! – AÇIQLANDI

AZAL-a məxsus təyyarənin Aktau şəhərində qəzaya uğraması bir sıra məsələləri gündəmə gətirib. Onlardan biri də Bakıdan Rusiyaya uçuşların dayandırılması ilə bağlıdır. Çünki Azərbaycana məxsus təyyarə Rusiya tərəfindən vurulub. Təyyarənin Rusiya tərəfindən bilərkdən və ya təsadüfən vurulması bu ölkədə güvənli uçuş üçün şəraitin olmadığını göstərdi. Bundan başqa bu gün səhər saatlarında Bakı-Mineralnıye Vodı reysinin Azərbaycana geri qayıtması da narahatlığa səbəb olub.

Maraqlıdır, Azərbaycan-Rusiya təyyarə reyslərini tamamilə təxirə sala bilərmi?

Medianews.az xəbər verir ki, Globalinfo.az-a danışan hərbi ekspert Ramil Məmmədli deyib ki, baş verən təyyarə qəzası ilə bağlı Azərbaycan Rusiyadan ciddi izahat tələb edəcək, bəlkə də artıq edib.

Ekspert onu maraqlandıran başqa bir məqama aydınlıq gətirilməsini istədiyini qeyd edib:

“Bilirsiniz, ölkənin hava məkanına aviasiya vasitəsi daxil olan zaman o təyyarənin hansı təyinatda olmasını hava hücumundan müdafiə sistemi aydınlaşdıra bilir. Belə ki, bord nömrəsi ilə aydınlaşdırmaq mümkündür. Hətta həmin dalğaya keçib təyyarənin pilotu ilə danışa bilir və qəbul olunmuş kod əsasında təyyarənin mülki olmasını aydınlaşdırır. Bu məsələlərə mütləq aydınlıq gətirilməlidir. Bilmək lazımdır, hansı formada olub ki, Rusiya hava hücumundan müdafiə sistemi mülkü təyyarəyə qarşı belə bir addım atıb, atəş açıb?!”

ramil memmedli

Ramil Məmmədli

R.Məmmədlinin sözlərinə görə, bu gün dünyanın bütün ölkələri hava hücumundan müdafiə sistemini avtomat rejimdə deyil, onlayn formada idarə edirlər:

“Çünki avtomat rejim olanda artıq həmin əraziyə daxil olan istənilən hədəf təhlükə ilə üz-üzə qalır və ya sistem avtomatik şəkildə ona qarşı hansısa tədbir görə bilir. Buna da Rusiya tərəfindən aydınlıq gətirilməlidir. Həm Bakı, həm də Gəncədən Rusiyanın müxtəlif şəhərlərinə aviareyslər həyata keçirilir. Əgər onların hava hücumundan müdafiə sistemində belə bir qeyri-müəyyənlik varsa, hesab edirəm ki, reyslər məhdudlaşdırılacaq və yaxud da uçuş trayektoriyasında dəyişilik ediləcək. Hazırda AZAL Rusiyanın bir neçə şəhərinə uçuşları təxirə salıb. Bütövlükdə Rusiya ərazisinə uçuşların dayandırılaması ilə bağlı ictimai tələb var. Yaşanan hadisə azərbaycanlıların qanı bahasına da olsa, hava hücumuna müdafiə sistemi ilə bağlı məsələlərə yenidən baxmağı tələb ediləcək”.

Seçilən
72
medianews.az

1Mənbələr