Almaniyanın “Union” klubunun baş məşqçisi Bo Svensson istefaya göndərilib.
QOL.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, danimarkalı mütəxəssislə birgə onun köməkçiləri də vəzifədən uzaqlaşdırılıblar. Hələlik Svenssonun xələfinin kim olacağı bilinmir.
Qeyd edək ki, 15 turdan sonra “Union” 17 xalla Bundesliqada 12-ci pillədə qərarlaşıb. Bo Svenssonun rəhbərliyi altında komanda son 8 turda qələbəyə həsrət qalıb.