Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayevlə rusiyalı jurnalistlər arasında söz atışması olub.
“AzPolitika” xəbər verir ki, Kremlin narrativlərilə hərəkət edən rusiyalı jurnalistlər Qazaxıstan rəsmisinə AZAL təyyarəsinin qəzasıyla bağlı araşdırmalara dair suallar veriblər və bu zaman onun sözünü kəsməyə çalışıblar. Bozumbayev isə onları yerlərinə oturdaraq, Rusiya mediasını ilk gündən hadisəyə lazımi diqqət ayırmamaqda günahlandırıb. Bozumbayev həmçinin, cavabında Rusiya tərəfini məsuliyyətsizlikdə və etinasızlıqda günahlandırıb.
— Newsfeed (@Newsfeed883920) December 27, 2024
Qazaxıstan Baş nazirinin müavini Azərbaycan tərəfinin AZAL təyyarəsinin qəzaya uğramasının şəraitinin aydınlaşdırılması üzrə işini “çox mütəşəkkil” adlandırıb: “Azərbaycanlı həmkarlar identifikasiya işləri baxımından çox mütəşəkkil işləyirlər və lazımi materialları təqdim edirlər. İndi biz Rusiya Federasiyası ilə də eyni işi görməliyik. Lakin indiyə qədər Rusiya tərəfindən belə mütəşəkkil iş görülməyib”.
“AzPolitika.info”