Bakı. Trend:
"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq"analitik videolayihəsinin növbəti buraxılışı yayımlanıb.
Trend xəbər verir ki,verilişin qonağı Azərbaycanın Xalq artisti, professor, dünyacaməşhur dirijor Yalçın Adıgözəlov olub.
Regionumuzda baş verən hadisələri şərh edən maestronun sözlərinəgörə, bu hadisələr hər bir insana təsir edir.
"Siyasət hər kəsə aiddir. Peşəsindən, məşğuliyyətindən və sosialstatusundan asılı olmayaraq, siyasət ölkənin, xalqın,vətəndaşların, bəzən isə bütöv nəsillərin həyatını müəyyən edir", -o qeyd edib.
"Biz qlobal dəyişikliklər dövründə yaşayırıq. Bizim nəsil,həqiqətən, unikaldır və bizə tarixi bir missiya nəsib olub”, — deyəmaestro vurğulayıb.
“Son günlərdə biz Romada idik. Orada Azərbaycan diasporununnümayəndələri ilə görüş keçirildi. Dünyanın müxtəlif guşələrindənmədəniyyət, incəsənət, musiqi, poeziya, rəssamlıq sahəsininnümayəndələri gəlmişdi. Bu təkcə görüşlər deyil, bu bizim mədənisilahımızdır. Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə DövlətKomitəsi Avropada yaşayan azərbaycanlıları birləşdirdi ki, onlarictimai rəyə təsir edə bilsinlər. Ölkəmizin ədalətli mövqeyinitanıtmaq üçün daha çox dost və müttəfiq cəlb etmək həyativacibdir", - deyə Yalçın Adıgözəlov əlavə edib.
"Qarşı tərəf mənasız bir yol seçib. Bu, vaxt itkisidir. Halbukivaxt ən dəyərli resursdur. Onsuz da çox illər itirmişik", – ovurğulayıb.
"Bu gün Azərbaycan ən vacib məsələlərdən birini həll edə bilmişbir ölkədir. Biz ədaləti bərpa etdik və bu, psixologiyamızıtamamilə dəyişdi. Ermənistan işğalı dövründə çoxlarımız içimizdəbir ağrı, sıxıntı hiss edirdik. Lakin indi başımızı yüksək tuturuqvə bu, ölkə başçısının böyük işlərinin nəticəsidir. HəmişəAzərbaycan musiqisini fəxrlə təqdim etmişəm, amma indi bu hisstamamilə yeni bir ölçü qazanıb", - Maestro ölkəsi haqqında qürurladeyib.
Azərbaycan-Ermənistan münasibətlərinə toxunan Xalq artistiəmindir ki, sülh mümkündür.
"Bir-birimizi görməzdən gəlmək və münaqişə atmosferində yaşamağadavam etmək çıxış yolu deyil. Təbii ki, Ermənistanda revanşistəhval-ruhiyyə mövcuddur, lakin cəmiyyəti sülhə hazırlamaq lazımdır.Dialoq olmadan gələcək qurmaq mümkün deyil", - deyə o bildirib.
Professor Yalçın Adıgözəlov Qarabağın qaytarılmasından xüsusiqürur hissi ilə danışıb.
"30 ildən sonra ilk dəfə Şuşa torpağına ayaq basanda nəfəsimkəsildi. Orada mənim ulu babam dəfn olunub, lakin mən 30 il onunməzarını ziyarət edə bilməmişdim. Neçə nəsil bu torpaqlabağlılığını itirə bilərdi? Biz bunun baş verməməsi üçün hər şeyietdik", - o deyib.
Maestro bu Qələbənin dəyərini və onun hansı qiymətə başagəldiyini xatırladıb.
"Bizim övladlarımız bu problemi bizim yerimizə həll etdi, bizhələ sağ ikən. Həmişə onların xatirəsi və ailələri qarşısında başəyməliyik. Müharibəsiz bir mühitdə yaşayacaq gələcək nəsillərigörmək ən böyük xoşbəxtlikdir", - o qeyd edib.
Fikirlərini yekunlaşdıran Yalçın Adıgözəlov regionun işıqlıgələcəyinə əminliyini ifadə edib.
"Gec-tez biz əlaqələri bərpa edəcəyik. Bizim təbiətimiz,torpaqlarımız inkişaf, dostluq və sülh üçün yaradılıb. Başqa yolola bilməz", - deyə o, sonda, vurğulayıb.