"Qalatasaray"ın Jorj Mikautadze israrı davam edir.
Offsideplus.az xəbər verir ki, İstanbul təmsilçisi gürcü futbolçu üçün yeni təklif etməyi planlaşdırır.
"Lyon" 18 milyonluq təklifi rədd etmişdi. Lakin "aslanlar"ın baş məşqçisi Okan Burukun klub rəhbərliyi ilə danışığı prosesin davam etməsinə səbəb olub.
Məlumatı "Milliyet" yayıb. "Qalatasaray" Fransa klubuna 20 milyon avro təklif etməyi düşünür.
Qeyd edək ki, Mikautadze də "Lyon"dan ayrılaraq İstanbul klubuna keçmək istəyir.