Bunu "Operativ Media"ya açıqlamasında təyyarə qəzasında dünyasını dəyişən 13 yaşlı Məhəmmədəli Eqanovun "Gənclik" FK-dakı futbol məşqçisi Vasif Rzayev deyib.
O, Məhəmmədəlinin 2023-cü ildən məşqlərə başladığını bildirib.
"Təyyarə qəzasını eşidəndən sonra tələbələrim və mən çox pis olduq. Çox təəsüf ki, bu qəzada bizim tələbəmiz Məhəmmədəli Eqanov da var idi. Məhəmmədəli çox gülərüz və hamının sevimlisi idi bizim klubda. Həmisə məşqlərimizə həvəslə yanaşırdı. Məqsədi var idi, futbolçu olmaq istəyirdi. Çox heyif ki, aramizdan tez getdi".
Qeyd edək ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində ümumilikdə 38 nəfər, o cümlədən 26 Azərbaycan vətəndaşı həlak olub, 17 nəfər isə yaralanıb. Həlak olanlardan 4-nün şəxsiyyəti müəyyən edilərək Azərbaycan gətirilib, yaralılardan isə səhhəti qənaətbəxş olan 14 nəfər vətənə gətirilib.