Bakı. Trend:
“PAŞA Holding” və “Bravo” supermarketlər şəbəkəsi “Vətənəmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinəbayram sovqatları çatdırıb.
2023-cü ildən etibarən “PAŞA Holding” 44 günlük VətənMüharibəsində şəhid olan qəhrəmanlarımızın 18 yaşadək olanövladları üçün sosial dəstək proqram həyata keçirir. Proqramçərçivəsində, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, NovruzBayramı, Qurban Bayramı, Ramazan Bayramı və Zəfər günü münasibətiləşəhid övladı olan ailələrə “PAŞA Holding” və “Bravo” supermarketlərşəbəkəsi tərəfindən bayram sovqatları təqdim olunur.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təqdimedilən sovqatlar dekabr ayının əvvəlindən “Bravo” supermarketlərşəbəkəsi tərəfindən sözügedən şəhid ailələrinə çatdırılmaqdadır.Bayram sovqatlarına müxtəlif ərzaq məhsulları daxildir.
Qeyd edək ki, 2024-cü ildən cari proqrama antiterror tədbirlərizamanı şəhid olan şəxslərin övladları da əlavə edilib. Hazırdalayihə 44 günlük Vətən Müharibəsində, zəfərdən sonra və sentyabrtəxribatları, antiterror tədbirləri zamanı şəhid olan şəxslərinümumilikdə 1000-dən çox ailəsini, 2000-dən çox övladını əhatəedir.
Xatırladaq ki, cari proqrama təhsil və səhiyyə sahələridaxildir.