AZ

Aygün Kazımova: ""Rusiya buna görə məsuliyyət daşıyır"

Xalq artisti Aygün Kazımova paylaşımı ilə diqqət çəkib.

Kulis.az xəbər verir ki, müğənni AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında Rusiya tərəfindən vurulmasına münasibət bildirib:

"Rusiya Azərbaycan mülki təyyarəsinin vurulmasına görə məsuliyyət daşıyır. Faktı etiraf etməli və Azərbaycandan üzr istəməlidir".

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Seçilən
89
kulis.az

1Mənbələr