AZ

"Hesab bərbad oldu" – “Sabah”dan SƏMİMİ ETİRAF

"Sabah"ın yarımmüdafiəçisi Anatoli Nuriyev Premyer Liqanın 18-ci turunda "Şamaxı"ya məğlub olduqları (1:3) matç haqda Sportinfo.az-a açıqlama verib.

Təcrübəli futbolçu ilk olaraq qarşılaşma barədə danışıb:

"Çətin oyun keçdi. Süni örtükdə oynamaq ağır idi.

İlk hissəni heç də pis oynamadıq. Sadəcə öz səhvimizdən qol buraxdıq.

İkinci hissədə vəziyyəti yaxşılaşdıra bildik. Lakin künc zərbəsindən sonra buraxdığımız qolun davamında toparlana bilmədik".

Nuriyev "göstərdiyiniz oyun, yoxsa qeydə alınan nəticə daha bərbad idi" sualına isə belə cavab verib:

"Deməzdim ki, oyunumuz pis oldu. İmkanlarımız vardı.

Hesab bərbad oldu. Rəqibi də unutmaq olmaz. Yaxşı mübarizə apardılar".

XANOĞLAN

Seçilən
73
sportinfo.az

1Mənbələr