AZ

"Əlilliyi olan şəxslərin hüquqlarının qorunması və inteqrasiyası əsas prioritetlərimizdəndir" - Aydın Xəlilov

“Əlilliyi olan Şəxslərin Müstəqil Həyat Mərkəzi” İctimai Birliyinin sədri Aydın Xəlilov QHT.az-a 2025-ci il üçün təşkilatın fəaliyyət prioritetlərini açıqlayıb. O bildirib ki, əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi, onların cəmiyyətə tam inteqrasiyası və həyat şəraitinin yaxşılaşdırılması təşkilatın əsas məqsədləri arasındadır.

Strateji istiqamətlər:

  1. Stereotiplərlə mübarizə və maarifləndirmə: Əlilliyi olan şəxslərin uğur hekayələrinin yayılması, cəmiyyətin məlumatlandırılması və mənfi stereotiplərin aradan qaldırılması nəzərdə tutulur.
  2. İnklüziv təhsil imkanlarının genişləndirilməsi: Təhsil müəssisələrində müyəssərlik standartlarının tətbiqi və xüsusi tədris resurslarının hazırlanması ön planda olacaq.
  3. Əmək bazarına inteqrasiya: Peşə təlimlərinin təşkili, işəgötürənlər üçün maarifləndirici seminarların keçirilməsi planlaşdırılır.
  4. Müyəssərlik standartlarının və psixoloji dəstəyin təmin olunması: İctimai yerlərdə müyəssərlik layihələri və psixoloji məsləhət xidmətləri həyata keçiriləcək.
  5. İdman və yaradıcılıq fəaliyyətlərinin təşviqi: Paralimpiya oyunları və yaradıcılıq festivalları ilə əlilliyi olan şəxslərin sosiallaşmasına dəstək veriləcək.
  6. Hüquqi və sosial dəstəyin artırılması: Hüquqi məsləhət xidmətləri və sosial müdafiə tədbirləri gücləndiriləcək.
  7. Beynəlxalq əməkdaşlıq: Beynəlxalq təcrübə mübadiləsi və qlobal standartlara uyğun proqramların tətbiqi təşkil ediləcək.
  8. “Müstəqil Həyat Tərzi” fəlsəfəsinin təşviqi: Təlimlər və rəqəmsal müstəqillik təşəbbüsləri ilə əlilliyi olan şəxslərin şəxsi inkişafı dəstəklənəcək.

Aydın Xəlilov vurğulayıb ki, bu tədbirlər yalnız əlilliyi olan şəxslərin deyil, bütövlükdə cəmiyyətin inkişafına müsbət təsir edəcək. “Daha inklüziv və bərabər hüquqlu bir gələcək qurmaq yolunda hamımızın birgə çalışması vacibdir,” - deyə o əlavə edib.

Əlaqə:
(+994 12) 571 87 00
 WhatsApp: (+994 77) 273 17 00 | (+994 55) 771 73 88 | (+994 51) 84 84 7 84
E-poçt: [email protected] | [email protected]

 

Pərvanə Fərhadqızı

Seçilən
82
qht.az

1Mənbələr