ABŞ-ın Nyu-York şəhərindəki Penn Stationda 56 yaşlı kişi qəsdən yandırılıb.
“Cebheinfo.az” xəbər verir ki, bədənindən ağır yanıq xəsarətləri alan zərərçəkən xəstəxanaya çatdırılıb və ona tibbi yardım göstərilib.
Hadisənin təfərrüatları ilə bağlı hələlik dəqiq məlumat verilməyib.
Belə ki, hücumun hansı səbəbdən baş verdiyi bəlli deyil.
Hadisədən sonra araşdırma başladılıb və stansiya təhlükəsizlik lenti ilə bağlanıb.
Qeyd edək ki, ötən həftə Bruklində bir nəfər metroda yatmış qadını alışqanla yandırmış və qadın hadisə yerində ölmüşdü.
Hadisədən sonra 2018-ci ildə Qvatemaladan ABŞ-yə mühacirət etdiyi təsbit edilən təcavüzkar həbs edilmişdi.