AZ

Tokayev təyyarə qəzası ilə bağlı göstəriş verdi: "Obyektiv araşdırma aparılsın"

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Aktau şəhəri yaxınlığındakı aviaqəza ilə bağlı obyektiv və hərtərəfli təhqiqat aparılması göstərişini verib. 

Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.

Qazaxıstan hökuməti AZAL təyyarəsinin qəzaya uğraması ilə bağl iclas keçirib.

Prezident Tokayev Qazaxıstanın Baş Prokurorluğuna və hökumət komissiyasına faktla bağlı obyektiv və hərtərəfli araşdırılma aparılmasını tapşırıb. Qeyd edək ki, Prezident Tokayevin göstərişi ilə AZAL təyyarəsinin qəzaya uğramasının səbəblərinin araşdırılması üçün xüsusi hökumət komissiyası yaradılıb. Komissiyaya Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev rəhbərlik edir.

Hürr Tərcüman

Seçilən
71
hurriyyet.az

1Mənbələr