AZ

"Bizim kimi üzr istə!" tələbinə rəğmən Moskva niyə susur?

Məlumdur ki, Azərbaycan dövlət kanalı AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı süjet dərc edib. Süjet yerli deputatlar Elçin Mirzəbəyli və Tural Gəncəliyevin bəyanatları ilə birləşir. Onlar qeyd edirlər ki, 1944-cü ildə Çikaqoda imzalanmış Beynəlxalq Mülki Aviasiya haqqında Konvensiyanın 3-cü bəndinə əsasən, Rusiya tərəfi öz günahını etiraf etməli və üzr istəməlidir.

Kanal tarixdən nümunələr də təqdim edərək qeyd edir ki, 44 günlük müharibə zamanı Azərbaycan hərbçiləri Ermənistan-Azərbaycan sərhədinə yaxın ərazidə yerləşən Rusiya helikopterini davam edən hərbi əməliyyatlar fonunda vurub.

“Faciəli qəzaya görə Bakı üzr istəyib və müvafiq təzminat ödəyib. Rusiya təbliğat maşını hadisəni ört-basdır etmək üçün əsassız versiyalar təqdim edir”, materialda qeyd olunub.

Hadisələrin necə cərəyan edəcəyi gedişatdan da görünəcək. Amma belə təəssürat yaranır ki, Rusiya tərəfi üzr istəmək fikrində deyil. Buna da səbəb yəqin ki, ya Rusiyanın özünü "böyük dejava" sayması və üzrün ona yaraşmadığını hesab etməsi, ya da günahnı etiraf etməsi ilə üzərinə məsuliyyəti götürməyə məcbur qalacağı və bunun bir sıra suallar doğuracağı ehtimalıdır.  

Ülviyyə, Hurriyyet.az

Seçilən
89
hurriyyet.az

1Mənbələr