AZ

Tokayev tapşırıq verdi: Təyyarə qəzası ilə bağlı saxtakarlığa yol verməyin

Qazaxıstan Prezidenti təyyarə qəzası ilə bağlı tapşırıq verib.

Turkustan.az xəbər verir ki, Qazaxıstan Prezidenti Baş Prokurorluğa və hökumət komissiyasına fövqəladə vəziyyətin obyektiv araşdırılmasını təmin etməyi tapşırıb.

"Aktau hava limanı yaxınlığında Azərbaycan Hava Yollarına məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı saxtakarlıqların və təxribatların yayılmasının qarşısının alınması vacibdir". Bunu respublika prezidenti Kasım-Jomart Tokayev fövqəladə vəziyyətə həsr olunmuş müşavirədə deyib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
67
turkustan.az

1Mənbələr