Astana. Trend:
Braziliyanın Aviasiya Qəzalarının Araşdırılması və QarşısınınAlınması Mərkəzinin (CENIPA) nümayəndələri Aktau şəhərində başvermiş təyyarə qəzasını araşdırmaq üçün Qazaxıstana gəliblər.
Trend xəbər verir ki, bubarədə Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.
“Dekabrın 28-də CENIPA-nın araşdırma üzrə səlahiyyətlinümayəndələri Aktau şəhərinə gəliblər.
Araşdırma Komissiyasının qərargahında keçirilmiş iclasdaaviasiya hadisəsi yerində birgə vəzifələr müəyyən edilib”, - deyənazirliyin bəyanatında qeyd olunub.
Qeyd edək ki, CENIPA mülki aviasiyada aviasiya qəzalarınınaraşdırılması üzrə səlahiyyətli orqandır.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.