Bakı. Trend:
“Turkmenistan Airlines” şirkəti Moskva istiqamətində reysləriniləğv edib.
Trend xəbər verir ki, bubarədə aviaşirkət öz rəsmi saytında məlumat yayıb.
“Hörmətli sərnişinlər! Sizə bildiririk ki, “TurkmenistanAirlines” şirkəti Aşqabad–Moskva–Aşqabad marşrutu üzrə müntəzəmreyslərin 30 dekabr 2024-cü ildən 31 yanvar 2025-ci il tarixinədəkləğv edildiyini elan edir”, - deyə aviaşirkətin məlumatında qeydolunur.
Qeyd edək ki, bundan əvvəl "Azərbaycan Hava Yolları" (AZAL)şirkəti də Rusiyaya 10 istiqamət üzrə reysləri ləğv etmişdi.
Xatırladaq ki, dekabrın 25-i Bakı-Qroznı marşrutu üzrə uçan"Embraer 190" sərnişin təyyarəsi Aktaunun hava limanından 3 kmməsafədə qəzaya uğrayıb.
Aktau şəhərində qəzaya uğrayan Bakı-Qroznı reysini yerinəyetirən “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub.
Qəzadan sonra xəstəxanaya 27 şəxs daxil olub. Onlardan 15 nəfərAzərbaycan Respublikasının, 8 nəfər Rusiya Federasiyasının, 3 nəfərQırğızıstan Respublikasının vətəndaşıdır. Bir nəfərin şəxsiyyəti,hələlik müəyyən edilməyib.
Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, ikiekipaj üzvü isə sağ qalıb.
26 dekabr tarixində Azərbaycana 14 yaralı və 4 nəfərin cəsədigətirilib.
Təyyarənin “qara qutu”su artıq aşkar edilib və onun beynəlxalqaviasiya konvensiyalarına uyğun olaraq təhlili üçün prosedurlaraparılır. Hazırda qəzanın səbəbləri araşdırılır. Bütün zəruritədqiqatlar və məlumatların təhlili başa çatdıqdan sonra yekunnəticələr açıqlanacaq.