"Azimut" aviaşirkətinin Mineralnıe Vodıdan Bakıya və Gəncəyə, həmçinin Soçidən Bakıya reysləri Azərbaycan tərəfin imtinası ilə əlaqədar ləğv edilib. Bu barədə "Azimut" şirkətinin məlumatında deyilir.
Qroznı üzərində AZAL-ın sərnişin təyyarəsi vurulduqdan və qəzaya uğradıqdan sonra dünən Azərbaycan bütün aviaşirkətlərin Bakıdan RF-nin 10 şəhərinə uçuşlarını dayandırıb.
Sonradan qəzanın araşdırılması fonunda bir neçə xarici aviaşirkət RF-yə reysləri dayandırıb.
"Azimut" Rostov, Krasnodar və Mineralnıe Vodı hava limanlarında yerləşir.