AZ

“Azərbaycan Dəmir Yolları”nın aktivləri 17 %-dən çox artıb

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) 2023-cü ili 100,963 milyon manat xalis zərərlə başa vurub. Halbuki, ADY 2022-ci ildən 48,077 milyon manat xalis mənfəətlə çıxmışdı.

Bakıvaxtı.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, son nəticədə qurumun yığılmış zərəri 2,3 % artaraq 4 milyard 447,572 milyon manata çatıb.

Ötən il ADY-nin yükdaşıma gəlirləri 482,774 milyon manat (əvvəlki ilə nisbətən 8,1 % az), tikinti gəlirləri 34,309 milyon manat (63,7 % çox), sərnişindaşıma gəlirləri 9,274 milyon manat (92,2% çox), sair gəlirləri 76,315 milyon manat (52,2 % çox), köhnəlmə və amortizasiya xərcləri 108,34 milyon manat (29,7 % çox), əməkhaqqı, maaş və əlaqəli ödənişləri 264,317 milyon manat (29,5 % çox), elektrik enerjisi, materiallar və texniki xidmət xərcləri 71,081 milyon manat (11,7 % çox), nəqliyyat xərcləri 64,292 milyon manat (44,7 % az), ticari və debitor biorcları üzrə dəyərsizləşmə zərəri 19,789 milyon manat (12,5 dəfə çox), sair aktivlər üzrə dəyərsizləşmə zərəri 1,935 milyon manat (əvvəlki il olmayıb), sair xərcləri 126,886 milyon manat (2,4 dəfə çox), maliyyə xərcləri 84,724 milyon manat (43,4% çox), maliyyə gəliri 50,826 milyon manat (2,1 dəfə çox), xarici valyuta mübadiləsindən xalis zərəri 10,771 milyon manat (əvvəlki il gəlir olub), mənfəət vergisi ödəmələri isə 2,326 milyon manat (9 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə ADY-nin aktivləri 5 milyard 966,95 milyon manat olub ki, bu da illik müqayisədə 17,3 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 5,1 % artaraq 2 milyard 579,531 milyon manata, balans kapitalı isə 28,6 % artaraq 3 milyard 387,419 milyon manata çatıb.

Xatırladaq ki, ADY ölkə Prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib. Onun nizamnamə kapitalı 906,062 milyon manatdır. Səhmdar cəmiyyəti 100 % dövlətə məxsusdur.

Seçilən
4
3
bakivaxti.az

4Mənbələr