Alessandro Nesta artıq “Montsa”nın baş məşqçisi deyil.
Rəhbərlik bazar ertəsi onunla yolları ayırıb.
İtaliya klubunun mətbuat xidmətinin məlumatında 48 yaşlı mütəxəssisin komandanın uğursuz çıxışına görə istefaya göndərildiyi bildirilib. A seriyasının sonuncu turunda evdə “Yuventus”a uduzan (1:2) “Montsa” 17 oyuna 10 xalla turnir cədvəlində 20-ci yeri tutur.
Nesta komandaya bu yay təyinat almışdı. Yerli mənbələr onun yerinə əsas namizəd kimi Salvatore Bokkettinin adını hallandırır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta