AZ

Gürcüstanda zəlzələ olub

Tbilisidən 58 km məsafədə, Dmanisi şəhəri (Kvemo Kartli regionu) yaxınlığında 4,2 maqnitudalı zəlzələ baş verib.

Bakıvaxtı.az Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə Milli Seysmik Monitorinq Mərkəzinin saytında məlumat yayılıb.

Məlumata görə, Tbilisi vaxtı ilə saat 15:44-də qeydə alınan zəlzələnin episentri 15 kilometr dərinlikdə, Soqulotlo kəndindən iki kilometr məsafədə yerləşib.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir.

Seçilən
82
18
bakivaxti.az

10Mənbələr