Gəncə Beynəlxalq Hava Limanında Qazaxıstanda “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin qəzaya düşməsi nəticəsində həlak olanların xatirəsi ehtiramla yad edilib.
“Report”un Qərb bürosunun məlumatına görə, hava limanının binasında bununla bağlı guşə yaradılıb, guşənin qarşısına gül çələngləri qoyulub.
Aeroportun əməkdaşları tərəfindən qəza nəticəsində həyatını itirmiş pilotların və bələdçinin, həmçinin sərnişinlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.