Xəbər verdiyimiz kimi, Cənubi Koreyanın "Jeju Air" aviaşirkətinə məxsus təyyarə paytaxt Seuldan 288 kilometr cənub-qərbdə yerləşən Muan şəhərindəki Musan Beynəlxalq Hava Limanına eniş edərkən qəzaya uğrayıb.
Söz.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, xilas edilən iki nəfər istisna olmaqla, göyərtədəki 179 sərnişinin öldüyü ehtimal edilir.
Qeyd edək ki, qəza zamanı laynerin göyərtəsində 175 sərnişin və 6 ekipaj üzvü olub.