Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Rusiya vətəndaşlarına qarşı məhdudiyyətlər tətbiq etmək bəyanatına münasibət bildirib.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova açıqıama verib.
“Bu cür dəyişikliklər etmək Bakının hüququdur”, - o bildirib.
Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, yaxın vaxtlarda Azərbaycanda Rusiya vətəndaşlarının qalma qaydaları dəyişdiriləcək. O əlavə edib ki, bu qərar əcnəbilərin Rusiyada qalma qaydalarına edilən dəyişikliklərlə bağlıdır.