Qazaxstanın Aktau şəhərində qəzaya düşəntəyyarənin sərnişinlərindən Ramin İbrahimovla vida mərasimi keçirilir.
Teleqraf.com-un yerli bürosunun xəbərinə görə, vida mərasimində mərhumun yaxınları, dövlət rəsmiləri,iştirak edir. R. İbrahimovun yas mərasimi doğulduğu Şəmkir rayonunun Yuxarı Seyfəli kəndindədir. Təxminən 13-00 dək mərhumun cənazəsi kəndə gətiriləcək və kənd qəbristanlığında dəfn olunacaq. 26 yaşlı R. İbrahimovÇeçenistan Respublikasına işləmək üçün gedirmiş.
Müəllif: Teleqraf.com