“Mən qızımla fəxr edirəm. Mən onu çox istəyirəm. Qoy həmişə daim yaşasın!”
“Qafqazinfo”nun məlumatına görə, bu sözləri Heydər Əliyev Beynəlxalq Aeroportunda Bakı-Qroznı reysini yerinə yetirən “Embraer-190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvlərinin vida mərasimində bələdçi Hökümə Əliyevanın atası Cəlil Alıyev deyib.
“Bu, ağır faciədir, ağır itkidir. Xalqımızın başı sağ olsun! Bu ağır itkini mənimlə bərabər bütün Azərbaycan xalqı, dövləti çəkir...”, - deyə o bildirib.
Sail Ağasəlim