"Hökumənin itkisi mənim üçün çox ağırdır".
Modern.az xəbər verir ki, bu sözləri Aktauda qəzaya uğrayan Azərbaycan təyyarəsinin bələdçisinin atası Cəlil Əliyev vida mərasimində deyib.
"Bu ağır itkini bütün xalqım, dövlətim mənimlə bərabər yaşayır. Mən qızımla həmişə fəxr etmişəm. Onun xatirəsinin daim yaşadılmasını istəyirəm. Bunu çox istəyirəm", - deyə o qeyd edib.