Qazaxstanın Aktau şəhərində qəzaya düşən təyyarənin həlak olan sərnişinlərindən Ramin İbrahimovla yas mərasimi keçirilir.
“Qafqazinfo”nun məlumatına görə, mərasim R.İbrahimovun doğulduğu Şəmkir rayonunun Yuxarı Seyfəli kəndində baş tutur.
Mərasimdə R.İbrahimovun yaxınları, dövlət rəsmiləri iştirak edirlər.
Bir qədər sonra mərhumun cənazəsi ailəsinə təhvil veriləcək və vida mərasimi keçiriləcək.
Daha sonra o, doğulduğu kənddə dəfn olunacaq.
Qeyd edək ki, 26 yaşlı R. İbrahimov Çeçenistana işləmək üçün gedirmiş.
Yunis Quliyev