Cənubi Koreyanın Muan hava limanı Boeing 737 təyyarəsinin qəzaya uğraması səbəbindən bütün daxili və beynəlxalq reysləri ləğv edib.
Bu barədə Chunan İlbo qəzeti məlumat yayıb.
Qeyd olunub ki, Cejuya uçmalı olan Jeju Air 7C341 və Jin Air LJ467, həmçinin Siem Reap-a Cambodia Airways KR542 ilə Banqkok və Taypeyə uçuşlar da dayandırılıb.
"Muan Beynəlxalq Hava Limanına çatması planlaşdırılan bütün reyslər də ləğv edilib", - yazıda deyilir.
Dekabrın 29-da Banqkokdan uçan Jeju Air şirkətinə məxsus Boeing 737 sərnişin təyyarəsi Muan beynəlxalq hava limanında (Cənubi Koreya) qəzaya uğrayıb. Təyyarədə 181 nəfər olub. Cəmi iki ekipaj üzvü sağ qalıb.
Tural