Kanadanın Yeni Şotlandiya əyalətində yerləşən Halifaks Hava Limanı dekabrın 28-də bir təyyarənin qəza enişi etməsindən sonra bağlanıb.
“Bakuinfo” Globalinfo.az-a istinadənxəbər verir ki, şənbə günü gecə saatlarında “Air Canada Express”ə məxsus təyyarə Nyu-Yorkun St. John’s bölgəsindən Halifaksa gələrkən qəza enişi edib.
Sərnişinlərin sözlərinə görə, eniş zamanı təyyarədə texniki nazaslıq yaranıb, təkərlərdən biri açılmayıb. Təyyarə terminala çətinliklə çatıb, eniş zolağına yaxınlaşarkən sürüşüb və nəticədə bir hissəsi alovlanıb. Lakin xəsarət alan olmayıb, dərhal müdaxilə edilib. Sərnişinlər endirilib və gecə saatlarından etibarən hava limanının fəaliyyəti dayandırılıb.
Təyyarənin göyərtəsində olan insanların sayı dəqiq bilinmir, lakin 80 sərnişinin olduğu təxmin edilir. Məlumata görə, sərnişinlər endirilərkən təyyarənin bir tərəfi bütövlükdə alovlanıb, lakin təxliyə sürətləndirilib və 2 dəqiqə ərzində hər kəs çıxarılıb.