Yelo Bank-ın növbəti sosial məsuliyyət layihəsi çərçivəsində Bankın əməkdaşları Şamaxı şəhərində şəhid ailələrini və qaziləri ziyarət ediblər.
AZXEBER.COM xəbər verir ki, layihənin məqsədi onları təkcə bayram
sovqatları ilə sevindirmək deyil, həm də bayramqabağı mənəvi dəstək göstərərək
onların yanında olmaq idi.
Ziyarət zamanı komanda hər ailə tərəfindən isti qarşılandı və səmimi görüşlər
oldu. Ailələrin dediyi \"Şəhid qapısı hər zaman ziyarətə açıqdır\"
ortaq cümləsi həm komanda üzvlərini duyğulandırdı, həm də bu cür təşəbbüslərin
nə qədər dəyərli olduğunu göstərdi.
Yelo Bank hər zaman ölkəmizdə korporativ sosial məsuliyyət layihələrinin dəstəkçisi
və təşəbbüskarıdır. Bank bundan sonra da hər zaman dəyərlərimizi qorumaq və cəmiyyətimizin
rifahı üçün səylərini davam etdirəcək.
Bank xidmətləri, eləcə də onlayn
kredit haqqında əlavə suallarınız var? O
zaman 981 nömrəsinə zəng edin və ya Facebook,Instagram,Whatsapp və yelo.az hesablarımızı
ziyarət edin.
Yelo Bank – Parlaq bankçılıq!